Sabiq "Sumqayıt"lı Avropa çempionu ilə çalışacaq

İspaniya millisinin sabiq futbolçusu Albert Rİera Rusiyanın Omsk şəhərində futbol akademiyası açmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, akademiyanın məşqçilər heyətində UEFA-nın A məşqçilik lisenziyasını almış Albert Riera özü də yer alıb. Akademiyada azərbaycanlı mütəxəssis də olacaq. "Sumqayıt"ın sabiq futbolçusu, "Yunior" futbol məktəbinin məşqçi metodisti Eldar Məmmədov da Rieranın akademiyasında çalışacaq.

 

Məşqlər 13-17 yaşlı futbolçular arasında keçiriləcək. Pepe Reyna, Viktor Valdes, Julio Baptista, Luis Qarsiya, Karles Puyol, Xavi, Xabi Alonso və Raul Qonzales kimi futbolçuların oktyabrın 14-də açılması planlaşdırılan akademiyada master-klasslar keçmələri planlaşdırılıb.

 

Qeyd edək ki, 36 yaşlı Riera Omsk şəhərində yaşayan rus xanımla ailə həyatı qurub və üç övlad atasıdır. 2007-2009-cu illərdə İspaniya millisində çıxış edən sabiq futbolçu AÇ-2008-in qalibi olub. Riera İspaniyanın "Malyorka" klubunun yetirməsidir. O, "Bordo", "Espanyol", "Mançester Siti", "Liverpul", "Olimpiakos", "Qalatasaray" və "Uotford" kimi klublarda çıxış edib. Onun son klubu Sloveniyanın "Koper" komandası olub və karyerasını bu il başa vurub. Albert bu il Rusiya vətəndaşı almağı planlaşdırır.

 

Tarix: 9 Oktyabr [10:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio