Riberinin əvəzinə Nabil Fekir

17:47 - 23 Oktyabr 2018

Mövsümə qeyri-stabil başlayan "Bavariya" transfer planını hazırlayıb.

 

Sportal.az xəbər verir ki, "Roma"dan Cengiz Ündəri hədəfə alan Münhen təmsilçisi Frank Riberinin də alternativini tapıb. Almaniya mətbuatının məlumatına görə, Bundesliqa nəhəngi "Lion"un futbolçusu Nabil Fekiri transfer etmək istəyir. Xəbərdə münhenlilərin rəsmi təklif göndərmədiyi qeyd edilsə də, tezliklə "Lion"la danışıqlara başlanılacağı vurğulanıb.

 

Qeyd edək ki, 25 yaşlı hücumameyilli futbolçunun "Lion"la 2020-ci ilə kimi müqaviləsi var. Fekir cari mövsüm 8 oyuna 3 qol vurub, 3 assist edib.

Xəbər xətti