U-16 Liqası: "Turan Tovuz" qalib gəldi

Dünən U-16 Liqasında 5-ci turun bağlanış oyunu baş tutdu. Baş tutdu ona görə deyirik ki, «Turan Tovuz» - ROİL qarşılaşması keçirilməyə bilərdi. Səbəb oyundan əvvəl qonaq komandanın Tovuza getməyəcəyi ilə bağlı yayılan xəbərlər idi. Hər halda ROİL Tovuza yollandı və gözlənildiyi kimi məğlub oldu. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Qələbə sayəsində «Turan Tovuz» 3 pillə irəliləyərək turnir cədvəlinin 9-cu pilləsinə yüksəldi. ROİL isə əvvəlki kimi zirzəmidədir.

 

U-16 Liqası, 5-ci tur.

 

«Turan Tovuz» - ROİL 2:0
Qollar:
Elnar Hüseynov, Rəşad Əliyev

 

Bombardir: Mehrac Baxşəliyev («Qəbələ») – 7 qol.

 

U-16 Liqasında 6-cı turun oyunları noyabrın 1-də keçiriləcək: «Viləş» - «Neftçi» İK İB, «Neftçi» - «Sabah», ROİL – «Səbail”, «Qəbələ» - «Turan Tovuz», «Zirə» - «Qarabağ», «Sumqayıt» - «Keşlə», Gəncə TİM – İsgəndər Cavadov BFA. 

 

«Het-trik news»

 

Tarix: 27 Oktyabr [11:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Sentyabr 2019
16  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio