"Monako"nun qara günləri davam edir VİDEO

01:19 - 27 Yanvar 2019

Fransa I Liqasında 22-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Monako" səfərdə "Dijon"a 0:2 hesabı ilə uduzub.

 

Liqa 1-də turnir cədvəlinə 53 xalla PSJ başçılıq edir. "Lill" 43 xalla 2-ci, "Lion" 37 xalla 3-cüdür. "Dijon" 20 xalla 16-cı, "Monako" 15 xalla 19-cu sırada qərarlaşıb.

 

"Dijon" - "Monako" - 2:0
Qollar:
Kvonq Çanq-Hoon, 24, Naim Sliti, 69
Qırmızı vərəqə: Naldo, 60 ("Monako")

 

Xəbər xətti