AFFA millini serbiyalıya həvalə etdi

23:23 - 8 Fevral 2019

AFFA U-16 yığma komandasını serbiyalı mütəxəssis Miloş Velebitə həvalə edib.

 

Sportal.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Velebitin işinin federasiyanın istəyinə uyğun olduğunu deyib:

 

"Bu gün yığma komandaların baş məşqçiləriylə görüşüb fikir mübadiləsi apardıq. Bundan əlavə, U-16 milli komandasını serbiyalı mütəxəssis Miloş Velebit çalışdıracaq.

 

Onun işi bizə uyğun olduğu üçün üzərində dayandıq. Serbiyanın uşaq futbolunda tətbiq etdikləri proqramı bizdə də reallaşdırmaq istəyirlər. Aşağı yaş qruplarında yaxşı təməl qoya bilərlər. Onların Serbiyada proqramı uğurlu olub və gənclər komandasını dünya çempionu ediblər.

 

Daha öncə U-21-ə də namizəd idi, lakin bu post Milan Obradoviçə həvalə edildi. Miloş Velebit bundan sonra U-16 millisini çalışdıracaq. Əsas milliyə namizəd olan Nikola Yurçeviçlə isə bağlı son qərar yoxdur".

 

Qeyd edək ki, Velebit Serbiyanın U-17, U-18, U-19 millilərində baş məşqçi, U-20 yığmasında məşqçi kimi çalışıb. Serbiyanın U-20 millisi 2015-ci ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında qalib olub. 

Xəbər xətti