"Barselona"dan ayrıldı, Yaponiya klubuna keçdi

00:33 - 5 Mart 2019

"Barselona"da ayrılıq reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Serxi Samperlə müqaviləyə xitam verib. 24 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirəcək.

 

Qeyd edək ki, Samper "Barselona"nın yetirməsidir. O, icarə əsasında "Qranada" və "Las Palmas" klublarında çıxış edib.

Xəbər xətti