"Barselona" Arda Turanla bağlı qərar verdi

13:38 - 26 Aprel 2019

"Barselona" "Başakşəhər"ə icarəyə verdiyi türkiyəli futbolçu Arda Turanla bağlı qərar verib.

 

Sportal.az "Sport" qəzetinə istinadən xəbər verir ki, katalonlar 32 yaşlı yarımmüdafiəçini birdəfəlik satmaq qərarına gəlib. Xəbərdə "Başakşəhər"in Ardanı transfer etmək fikri olmadığı vurğulanıb.

 

Ardanın "Qalatasaray"a keçəcəyi istisna edilməyib. "Barselona" İstanbul klubları ilə anlaşmasa, türkiyəli oyunçunu Avropanın digər klublarına satmağa çalışacaq.

 

"Barselona" Ardanı 2015-ci ildə "Atletiko"dan 41 milyon avroya transfer etmişdi. Onun müqaviləsi 2020-ci ilin yayında bitəcək.

 

Təcrübəli futbolçu cari mövsüm Super Liqada 14 oyuna 3 assist edib.

Xəbər xətti