Samir Abasov: "Zubirə qarşı elə oynayardım ki, bir də mənə yaxınlaşmazdı"

Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Samir Abasov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

"Qarabağ"a qarşı onsuz da əsas heyətlə də çətindir. Bu gün əsas heyətin 8 üzvü yox idi. Buna ikinci heyət deməzdim, sadəcə, az oynayanla şans verdim. Fikrimizi son ümidimiz olan kuboka yönəltmişik".

 

Abasov oyuna ikinci heyətlə çıxmalarının söz-söhbətə səbəb olmasından qorxmadıqlarını deyib: "Bu mövsüm "Neftçi"dən də, "Qarabağ"dan da xal almışıq. Heç kimdən alacağımız, verəcəyimiz yoxdur. Qorxuyla yaşasaq, planlarımızı alt-üst etmiş olarıq".

 

Abasov buraxılan ilk qolda kobud səhvlə yadda qalan 21 yaşlı qapıçı Abdulla Seyidəhmədovun çıxışı barədə bunları deyib: "Səhvlə bağlı heç nə demədim. Ola bilsin ki, kubok oyununda da Abdullaya şans verək. Kamal Bayramovun zədə problemi var. Həmin matça kimi Bayramov bərpa olunmalıdır. Ola bilsin ki, bu oyunda "Qarabağ"ın adı sözünü dedi".

 

"Futbolçu vaxtlarınızda Abdullah Zubir kimi oyunçuya qarşı necə mübarizə aparadınız" sualına Abasov özünəməxsus şəkildə cavab verib: "Zubirə qarşı elə oynayardım ki, bir də mənə yaxınlaşmazdı".

Tarix: 27 Aprel [19:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio