A Seriyasına yüksələn ilk klub məlum oldu

10:33 - 2 May 2019

Növbəti mövsüm üçün İtaliya A Seriyasında iştirak hüququ qazanan ilk komanda müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Breşiya" B Seriyasının 34-cü turunda evdə "Askoli"ni məğlub etməklə (1:0) ən azı ikinci yeri təmin edib və bununla da elitaya vəsiqə qazanıb.

 

"Breşiya" sonuncu dəfə 8 il əvvəl 2010-2011 mövsümündə A Seriyasında çıxış edib.

Xəbər xətti