Ernesto Valverde: "Final matçı kimi oynamalıyıq"

15:08 - 7 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Liverpul"un qonağı olacaq "Liverpul"un hücumçusu Luis Suares oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis diqqətli olmalarını vurğulayıb: "İlk oyunla müqayisədə diqqətli olmalıyıq. Bir həftə öncəki hesabı düşünmək böyük səhv olar. Final matçı kimi oynamalıyıq. Çətin olacaq, çünki "Liverpul"un gücünü bilirik. Bütün gücümüzü meydanda qoymalıyıq. Çünki "Liverpul" qalib gələ bilər. Bu mövsüm Premyer Liqada cəmi bir oyun uduzublar. Rahat oyun olmayacaq, əmin olun. "Barselona" - PSJ qarşılaşmasını xatırlayın. PSJ-yə cavab görüşündə 1 qolun yetəcəyi deyilirdi. Ancaq "Barselona" 6 qol vurdu. Diqqətli olmalıyıq".

 

"Liverpul" - "Barselona" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. İlk oyunda "Barselona" 3:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti