Poqbanın maaşında böyük endirim: "Real"a transferi asanlaşdı

Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Mançester Yunayted"in futbolçusu Pol Poqbanın Madrid "Real"ına transferi asanlaşıb.

 

Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, Pol Poqbanın maaşı 25 faiz azalacaq. Bu səbəbdən də futbolçu "Real"a transfer olmağı arzulayır.

 

Poqbanın illik məvacbi 18 milyon avrodur. Azalmadan sonra maaş 13 milyon avro olacaq.

 

26 yaşlı yarımmüdafiəçi cari mövsüm 45 oyuna 16 qol vurub, 11 assist edib.

Tarix: 7 May [18:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio