"Ayaks"ın iki futbolçusu oyun zamanı oruc açdı VİDEO

"Ayaks"ın iki futbolçusu - Hakim Zieş və Nussayr Mazraui Çempionlar Liqasının yarımfinalında "Tottenham"lə cavab oyununun gedişində oruclarını açıblar.

 

Sportal.az xəbər verir ki, müsəlman futbolçular 24-cü dəqiqədə oruclarını açmaq üçün meydanın kənarına gediblər. Zieş orucu açdıqdan 11 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb.

 

"Tottenhem" "Ayaks"a 3:2 hesabı ilə qalib gələrək finalda "Liverpul"a rəqib olub.

 

Tarix: 9 May [15:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2019
20  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio