"Real"dan 60 milyon avroluq transfer

00:14 - 17 May 2019

İspaniya nəhəngi "Real" hücum xəttini gücləndirib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Madrid klubu Almaniyanın "Ayntraxt" klubunda əla mövsüm keçirən Luka Yoviçi transfer edib. "Kral klubu" serbiyalı hücumçunun transferi üçün Frankfurt təmsilçisinə 60 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Serbiya millisinin üzvü bu mövsüm 47 oyuna 27 qol vurub, 7 assist edib.

Xəbər xətti