“Sumqayıt”ın son mövsümdə statistikası

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümü başa çatıb.

 

Sportal.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubu mövsümü 29 xal toplayaraq, 6-cı pillədə bitirib. 

 

Qeyd edək ki, bu komandanı ilk 11 turda Nazim Süleymanov çalışdırıb. 12-ci turdan isə komanda Ayxan Abbasova həvalə edilib. "Sumqayıt" FK arxada qalan 28 qarşılaşmada 8 qələbə, 5 heç-heçə və 15 məğlubiyyətə imza atıb. Bu oyunlarda komanda 24 qol vurub və qapısından 42 top buraxıb.

 

28 turda əsas komandada ümumilikdə 29 futbolçu çıxış edib. Arxada qalan mövsümdə “Sumqayıt”ın heyətində ən çox forma geyinmiş futbolçular - Aleksey İsayev (27 oyun, 2327 dəq.), Əli Babayev (25 oyun, 2133 dəq.), Cavid Tağıyev (25 oyun 1747 dəq.), Arif Daşdəmirov (24 oyun, 1911 dəq.) və Rail Məlikov (24 oyun, 1840 dəq.) olub.

 

Mövsümün yekununda “Sumqayıt”ın ən çox qol vuran futbolçusu adına 4 futbolçu namizəddi. Belə ki, Şəhriyar Əliyev (18 oyun, 1395 dəq.), Əfran İsmayılov (20 oyun, 1403 dəq.), Ülvi İsgəndərov (12 oyun, 442 dəq.) və Peyman Babayi (11 oyun, 745 dəq.) hərəyə 3 qol vurublar. Cavid Tağıyev (25 oyun, 2133 dəq.), Əmir Ağayev (7 oyun, 308 dəq.), Elvin Məmmədov (15 oyun 876 dəq.) və Atilla Yıldırım (16 oyun, 1114 dəq.) 2 dəfə, Nicat Qurbanov (17 oyun, 531 dəq.), Yusif Nəbiyev (21 oyun, 1729 dəq.) və Murad Xaçayev (7 oyun, 311 dəq.) isə 1 dəfə rəqib qapılarına yol tapmağı bacarıblar.

 

Aleksey İsayev – 27 oyun (2327 dəqiqə)

Əli Babayev – 25 (2133)

Cavid Tağıyev – 25 (1747)

Arif Daşdəmirov – 24 (1911)

Rail Məlikov – 24 (1840)

Mehdi Cənnətov – 21 (1806)

Yusif Nəbiyev – 21 (1729)

Vurğun Hüseynov – 21 (1613)

Əfran İsmayılov – 20 (1403)

Şəhriyar Əliyev – 18 (1395)

Nicat Qurbanov – 17 (531)

Atilla Yıldırım – 16 (1114)

Elvin Məmmədov – 15 (876)

Bəxtiyar Həsənalızadə – 14 (1185)

Xəyal Nəcəfov – 13 (686)

Adil Nağıyev – 12 (1080)

Ülvi İsgəndərov – 12 (442)

Peyman Babayi – 11 (745)

Süleyman Əhmədov – 10 (637)

Ehtiram Şahverdiyev – 8 (477)

Rəşad Əzizli – 7 (551)

Murad Xaçayev – 7 (311)

Əmir Ağayev – 7 (308)

Elvin Bədəlov – 4 (296)

Orxan Sadıqlı – 2 (157)

Baxşəli Baxşəliyev – 2 (118)

Qvanzav Maqomedov – 2 (60)

İbrahim Əliyev – 2 (36)

Turan Manafov – 1 (63)

 

Vurulan qollar:

 

Şəhriyar Əliyev (3), Əfran İsmayılov (3), Peyman Babayi (3), Ülvi İsgəndərov (3), Əmir Ağayev (2), Elvin Məmmədov (2), Cavid Tağıyev (2), Atilla Yıldırım (2), Nicat Qurbanov, Yusif Nəbiyev, Murad Xaçayev

Tarix: 24 May [14:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio