"Bursaspor" Super Liqa ilə vidalaşdı

00:17 - 27 May 2019

Türkiyə Super Liqasında 2018/19 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, 34-cü turda "Bursaspor" səfərdə "Yeni Malatyaspor"u 2:1 hesabı ilə məğlub etsə də, I Liqaya düşüb. "Göztəpə" evdə "Ankaragücü"yə 2:1 hesabı ilə qalib gələrək, Super Liqada yerini qoruyub.

 

Debütant "Ərzurumspor" və "Akhisarpor" da elitayla vidalaşıb.

 

"Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq. "Başakşəhər" isə təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

 

"Beşiktaş" Avropa Liqasının qruplarında çıxış edəcək. "Trabzonspor" və "Yeni Malatyaspor" isə təsnifat mərhələsindən mübarizə aparacaq.

 

Xəbər xətti