Buffonun əvəzinə Keylor Navas

16:14 - 6 İyun 2019

Fransanın PSJ klubu komandadan ayrılan Canluici Buffonun əvəzinə qapıçı axtarışlarına başlayıb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Paris təmsilçisi "Real"ın qapıçısı Keylor Navası heyətinə qatmaq istəyir. Paytaxt klubu Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidanın gələcək planlarında olmayan qolkiper üçün təklif göndərməyə qərar verib.

 

Kosta-rikalı qapıçının "Real"la 2022-ci ilə qədər müqaviləsi var. 32 yaşlı əlcək sahibi ötən mövsüm 21 oyun keçirib.

Xəbər xətti