Millətlər Liqasının fınalı ispaniyalı hakimə tapşırıldı

UEFA Millətlər Liqasında Portuqaliya ilə Hollandiya arasında keçiriləcək final matçına təyinatları açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qitənin ali futbol qurumu həlledici qarşılaşmanı İspaniyadan olan hakimlər briqadasına həvalə edib.

 

Görüşdə əsas söz sahibi Alberto Undiano Malyenko olacaq. Ona Roberto Alonso Fernandes və Xuan Karlos Yuste Ximenes kömək edəcək. VAR hakimi Alexandro Hernandes və Xuan Martines olacaq. Dördüncü hakim funksiyasını isə Antonio Mateu Laos yerinə yetirəcək.

 

Qeyd edək ki, iyunun 9-da keçiriləcək Portuqaliya - Hollandiya görüşü saat 22:45-də start götürəcək.

Tarix: 7 İyun [17:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio