Kənd komandası Premyer Liqaya yüksəldi

12:15 - 10 İyun 2019

Növbəti mövsüm Ukrayna Premyer Liqasında çıxış edəcək növbəti klub bəlli olub.

 

Sportal.az xəbər verir ki, Kiyevin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən "Kolos" klubu tarixində ilk dəfə yüksək liqada mübarizə aparacaq.

 

"Kolos" pley-offda Odessa "Çernomorets"ini iki oyundan (0:0, 2:0) sonra məğlub edib və Premyer Liqaya adlayıb.

 

Paytaxtdan 80 km aralıda yerləşən Kovalyovkanın 1600 nəfər sakini var. "Kolos" 2012-ci ildə yaradılıb.

Xəbər xətti