Yakub Jezniçakın yeni klubu məlum oldu

09:00 - 12 İyun 2019

"Qarabağ"dan ayrılan polşalı futbolçu Yakub Jezniçakın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını vətənində davam etdirəcək. Təcrübəli oyunçu Ploçk şəhərini təmsil edən "Visla" klubuna keçib. Klub saytının məlumatına görə, Jezniçakla ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli formada çıxış edəcək.

 

"Visla" ötən mövsüm Ekstraklasını 14-cü sırada başa vurub.

 

Jezniçak 2017-ci ildə "Qarabağ"a "Legiya"dan keçmişdi. O, Ağdam klubunda 46 oyun keçirib.

Xəbər xətti