Ruslan Abışovun yeni klubu bəlli oldu RƏSMİ

15:14 - 13 İyun 2019

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 31 yaşlı müdafiəçi Ruslan Abışovla 2 illik müqavilə bağlayıb.

 

Futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb. Abışovun son komandası “Neftçi” olub.

 

Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.

Xəbər xətti