"Qarabağ" Bakıda yoxlama oyunu keçirəcək

16:57 - 13 İyun 2019

Bakıda təlim məşq toplanışında olan “Qarabağ” yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Səbail”lə qarşılaşacaq.

 

Matç iyunun 15-i, saat 18:00-da keçiriləcək. Oyun "Azersun Arena"da reallaşacaq.

 

“Qarabağ”ın Bakıda davam edən təlim-məşq toplanışı iyunun 17-nə qədər davam edəcək, komanda bir gün sonra Avstriyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Xəbər xətti