Romario özündən 31 yaş kiçik qızla sevgili oldu FOTOLAR

Braziliya millisi ilə dünya çempionu olan veteran futbolçu Romario gündəmi zəbt edib.

 

Sportal.az xəbər verir ki, 53 yaşlı keçmiş hücumçu özündən 31 yaş kiçik olan Ana Karolina adlı qızla sevgili olub. Romario aldığı tənqidlərə görə cavab verib:

 

"Yaş sadəcə rəqəmdir. Biz bir-birimizə aşiqik, qalanı heç də önəmli deyil. İnsanlar aramızda 31 yaşın böyük fərq olduğunu deyə bilər, amma biz bununla maraqlanmırıq".

 

22 yaşlı model isə tənqidlərə münasibət bildirməyib.

 

"Vasko de Qama", PSV, "Barselona", "Flamenqo", "Valensiya" kimi klublarda çıxış etmiş Romario yığmada 70 oyuna 55 qol vurub.

 

Related image

Related imageImage result for romario ana karoline

Tarix: 22 İyun [16:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio