İbrahimoviç də təpiklə butulka qapağını açdı - VİDEO

13:55 - 5 İyul 2019

"Los-Anceles Qalaksi"nin ulduz futbolçusu Zlatan İbrahimoviç məşhur aktyor Ceyson Steytemin trendinə qoşulub.

 

Sportal.az xəbər verir ki xəbər verir ki, isveçli futbolçu da bir təpiklə butulka qapağını açmağı bacarıb. Videonu sosial şəbəkə hesabına yerləşdirən 37 yaşlı futbolçu "Mançester Yunayted"in fransalı yarımmüdafiəçisi Pol Poqbaya da meydan oxuyub.

 

Qeyd edək ki, sözügedən trendə bir sıra məşhurlarla yanaşı, sıravi şəxslər də qoşulub. Steytemin 3 gün öncə "Instagram"da paylaşdığı video 17 milyondan çox izlənib.

 

Xəbər xətti