Emil Balayevli "Tobol" Lüksemburqdan heç-heçəylə dönür

00:06 - 11 İyul 2019

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib. Azərabaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstan "Tobol"u Lüksemburqun "Jeness" klubunun qonağı olub. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

Emil matça start heyətdə başlayıb və sonadək oynayıb.

 

Cütün cavab oyunu iyulun 16-da baş tutacaq.


Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

 

"Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan) - 0:0

Xəbər xətti