"Neftçi" Avropa Liqasına darmadağınla başladı - YENİLƏNİB

22:51 - 11 İyul 2019

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Neftçi" Moldovanın “Sperantsa” klubunun qonağı olub və 3:0 hesablı qələbə qazanıb.

 

Cütün cavab matçı iyulun 18-də Bakıda keçiriləcək.

 

Mərhələni adlayan tərəf II mərhələdə Rusiyanın "Arsenal" (Tula) klubu ilə qaşılaşacaq.


11 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

İlk oyunlar

 

21:00. "Sperantsa" - "Neftçi" - 0:3

Qollar: Emin Mahmudov, 16 (pen.), Stiven-Jozef Monroz, 35, Rəhman Hacıyev, 76

Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Kişinyov, "Zimbru" stadionu

Xəbər xətti