"Sumqayıt" Super Liqa klubu ilə bərabərə qaldı

22:57 - 29 İyul 2019

Növbəti mövsümə hazırlığını Ankarada davam etdirən “Sumqayıt” növbəti yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.

 

Kızılcahamam stadionunda baş tutan qarşılaşmada qollu bərabərlik qeydə alınıb - 1:1. Azərbaycan klubunun qolunu Amil Yunanov vurub.

 

Bu, "Sumqayıt"ın Türkiyədə 4-cü yoxlama görüşü olub. Komanda buna qədər "Petrolul"la (Rumıniya - 2:2) bərabərə qalıb, "Ahal”a (Türkmənistan - 1:0) qalib gəlib, "Diyarbəkirspor"a (Türkiyə - 0:1) uduzmuşdu.

Xəbər xətti