"Bayern" Sanenin transferindən imatina etdi

00:22 - 8 Avqust 2019

Almaniyanın "Bayern" klubu "Mançester Siti"dən Leroy Sanenin transferində razılıq əldə etsə də, fikrindən danışıb.

 

Sportal.az "Sport 1" kanalına istinadən xəbər verir ki, Münhen təmsilçisi 23 yaşlı futbolçunun "Liverpul"la İngiltərə Super Kuboku uğrunda matçda ciddi zədələnməsinə görə belə qərar verib. Sanenin ilin sonuna qədər yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

 

"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi. Sane ötən mövsüm 47 oyuna 16 qol vurub, 18 assist edib.

Xəbər xətti