Azərbaycan millisinin üzvü ilə yollar ayrıldı

11:01 - 12 Avqust 2019

Azərbaycan millisinin üzvü Ufuk Budak Türkiyənin "Boluspor" klubundan ayrılıb.

 

Sportal.az "Bolu Gündem"ə istinadən xəbər verir ki, I Liqada təmsilçisi 29 yaşlı sol cinah müdafiəçisi ilə başa çatan müqaviləni uzatmayıb. Məşqçilər korpusu Ufukun performansını bəyənmədiyi üçün belə qərar verilib.

 

Hazırda futbolçu azad agent statusu daşıyır.

 

Ufuk Budak ötən ildən "Boluspor"da oynayırdı.

Xəbər xətti