"Napoli"dən 42 milyonluq transfer

17:46 - 15 Avqust 2019

İtaliyanın "Napoli" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az "Voetbal International" nəşrinə istinadən xəbər verir ki, neapollular Hollandiyanın PSV klubunun meksikalı ulduzu İrvinq Losanonu transfer edib. Bu keçid "Napoli"yə 42 milyon avroya başa gəlib.

 

Meksika millisinin üzvü növbəti həftə tibbi müayinədən keçmək üçün İtaliyaya gələcək.

 

24 yaşlı vinger 2017-ci ildə "Paçuka"dan 8 milyon avroya PSV-yə transfer olub.

Xəbər xətti