"Roma" türkiyəli futbolçunu transfer etdi

11:59 - 16 Avqust 2019

İtaliyanın "Roma" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az "Il Tempo"ya istinadən xəbər verir ki, "canavarlar" Türkiyənin "Gənclərbirliyi" klubunun müdafiəçisi Mert Çetini transfer edib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün Super Liqa klubuna 3 milyon avro təzminat ödənilib.

 

Türkiyənin U-21 millisində çıxış etmiş futbolçu müqavilə imzalamaq üçün İtaliyaya yollanıb.

 

Mert 2017-ci ildən "Gənclərbirliyi"ndə çıxış edirdi. "Roma"da Türkiyə millisinin daha bir üzvü - Cengiz Ündər də oynayır.

Xəbər xətti