Aftandil Hacıyev: "İki legionerin gedişi bizim üçün gözlənilməz oldu"

Azərbaycan Premyer Liqasının 1-ci turunda "Zirə"ni evdə 1:0 hesabı ilə məğlub edən "Səbail"in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, Hacıyev öncə oyunu şərh edib:

 

"Hər iki komandada həyəcan hiss edilirdi. Komandalar layiqli oynadı, qol şansları yarandı. Futbolçularıma 3 xal üçün sona qədər vurduşduqları üçün minnətdaram. Meydanda gözlədiyimdən də güclü "Zirə" gördüm. Həmkarım Samir Abasovu buna görə təbrik edirəm. Problemlərimiz hamıya məlumdur, buna görə də qabartmaq istəmirəm. İki legionerini gedişi bizim üçün gözlənilməz oldu. Yerli uşaqlar maksimum şəkildə çıxış etməyə çalışır. Turan Manafov Premyer Liqada debüt elədi. Kifayət qədər yaxşı oynadı. Çalışacağıq ki, gəncləri üzə çıxaraq".

 

38 yaşlı mütəxəssis maliyyə durumu ilə bağlı verilən suala belə cavab verib:

 

"Hazırda cibimdəki pulu deyə bilərəm ki, nə qədərdir (gülür). Klubdakı maddi məsələlələr rəhbərliyə aid sualdır, onlar cavablandıra bilər".

 

Tarix: 18 Avqust [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio