"Borussiya" Sanço ilə müqaviləni uzadır

16:13 - 21 Avqust 2019

Almaniyanın "Borussiya" klubu vingeri Ceydon Sanço ilə yeni müqavilə imzalamağa hazırlaşır.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, Dortmund təmsilçisi İngiltərə millisinin üzvünün həftəlik maaşını 200 min avroya yüksəldib. 19 yaşlı futbolçu ilə çox illik müqavilə imzalanacaq.

 

Sanço 2017-ci ildə "Mançester Siti"dən "Borussiya"ya keçib. O, ötən mövsüm Bundesliqa klubunun heyətində 13 qol vurub.

Xəbər xətti