Qurban Qurbanovun məğlubiyyət şərhi: "Futbolda nadir hallarda belə hadisələr olur"

Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ" səfərdə Şimali İrlandiyanın "Linfild" klubuna 2:3 hesabıyla məğlub olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu. Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".

Tarix: 23 Avqust [01:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2020
24  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio