Tərlan Əhmədov: "Oyundan oyuna daha da yaxşı futbol sərgiləyəcəyik"

22:31 - 25 Avqust 2019

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının ikinci turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

“Ağır oyun keçdi. Deyərdim ki, birinci hissədə daha maraqlı oyun sərgilədik. Fasilədən sonra əsas məqsədimiz qələbə hesabını qorumaq idi. Çalışdıq ki, ötən oyunda buraxdığımız səhvləri bu dəfə təkrarlamayaq. Komandamızın çıxışından razı qaldım, amma oyundan oyuna daha da yaxşı futbol sərgiləyəcəyik. Qarşıda bizi “Qəbələ” ilə çətin səfər qarşılaşması gözləyir. Meza Kollinin meydandan qovulmasına gəlincə, onun ikinci sarı vərəqəni necə aldığını gördüz, analiz etməyə ehtiyac görmürəm. Məncə, Hakimlər Komitəsinin sədri bu epizodları araşdırmalıdır. Kənardan baxanda daha rahat görünür. Bu qələbə bizə çox lazım idi. Neqativ halların olmasını istəmirik”.

Xəbər xətti