Devid Hili: “Qarabağ” bizdən güclü idi və bunu hər kəs gördü”

22:16 - 29 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Bakıda “Qarabağ”a uduzaraq (1:2), mübarizəni dayandıran (ilk oyun – 3:2) Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devi Hilinin mətbuat konfransı baş tutub.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis sualları cavablandırıb:

 

- Hakimlikdən narazı olduğunuz hiss edilirdi. Matçdan sonra da ona yaxınlaşdız. Narazılığınız əsas nə ilə bağlı idi?
- Bəzən olur ki, matçdan sonra isti başla narazılıqlarım olur. Əsas qaranlıq məqam ikinci qolda ofsayd olub-olmadığı idi. Matç ərzində isə hakiminm qərarları məni təəccübləndirdi. Əksərən ev sahibinin lehinə olurdu. Bu, ilk təəssürat da ola bilər.

 

- Necə fikirləşirsiz, “Linfild” qrupa düşsəydi, futbol ilahəsi özünü asardımı?
- “Qarabağ” bizdən güclü idi və bunu hər kəs gördü. Rəqibin daha yaxşı olduğunu qəbul edirik. Amma göstərdikləri oyuna görə futbolçularımla fəxr edirəm. Qrupda olmaq istərdik. “Qarabağ”a uğurlar arzulayıram.

 

- Komandanızda bir bütovlük yox idi sanki...
- İlk oyunumuzu görməmisiz yəqin. Biz yarı-peşəkar komandayıq. Futboldan pul qazanmırıq. Mübarizə apardıq. Bizim necə oynadığımızı "Qarabağ"dan soruşsaz, daha yaxşı olar.

 

- Belfasta qədər uzun yolunuz olacaq. Təyyarədə ən çox nəyi və ya kimi xatırlayacaqsız?
- Bakını xatırlayacam. Burda yaxşı qonaqpərvərliklə qarşılaşdıq. "Qarabağ"a təşəkkür edirəm və qrup mərhələsində uğur arzulayıram.

 

- Komandanız güclü rəqibə qarşı yaxşı mübarizə apardı. Bunu necə bacardız?
- Bilirdik ki, topa çox sahib ola bilməyəcəyik. Buna görə də mübarizə aparmaq lazım idi. İki oyunda rəqibə müqavimət göstərdik. İmkanlarımız da oldu. Ancaq bacardığımız bu qədər idi.

Xəbər xətti