"Qəbələ"dən Küveytə ikinci transfer

15:06 - 4 Sentyabr 2019

"Qəbələ"dən ayrılan Lalavele Atakora karyerasını Küveytdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, toqolu futbolçu Premyer Liqa təmsilçisi "Kazma"ya transfer olub. Klub saytı 28 yaşlı vingerlə bir illik müqavilə imzalandığını açıqlayıb.

 

Atakora 2018-ci ildə "Adana Dəmirspor"dan "Qəbələ"yə keçmişdi. 

 

Daha öncə Küveytin "Əl Salmiyə" klubu "Qəbələ"dən Kamal Mirzəyevi transfer etmişdi.

Xəbər xətti