Emin Mahmudov: "Xorvatiyadan xal alacağımızı heç kim gözləmirdi"

22:44 - 9 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin üzvü Emin Mahmudov oyun barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi nəticəyə görə sevindiklərini bildirib:

 

"Çox sevindik. Heç kim gözləmirdi ki, Xorvatiyadan xal alaq. Çünki rəqibimiz dünyanın ikincisidir. Doğrusu, ilk hissəni yaxşı keçirmədik. Emil Balayev dəfələrlə qurtarış etdi, qollara imkan vermədi. Biz yenə də vuruşurduq və axırda şanslarımızdan birini qola çevirdik".

 

Emin Mahir Emreliye ötürmə etdiyi, ancaq qolun qeydə alınmadığı epizodu belə xatırlayıb:

 

"Zərbəm alınmadı. Vaxtım az idi, lazım olan tez vurmağım idi. Çünki oyunçular yaxınlaşırdı. Ona görə də tələsdim, zərbə vurmadım. Gördüm ki, Mahir topa çatır, sevindim, elə bildim ki, oyundankənar vəziyyət yoxdur".

 

Mahmudov öncəki oyunlarda millinin xal qazanmamasının səbəbi barədə bunları deyib:

 

"Son dəqiqələrdə qollar buraxırdıq. Rəqiblərin ustalıq səviyyəsi daha yaxşıdır. Buna görə də bizə qollar vururlar. Rəqib futbolçular Avropanın böyük klublarında çıxış edir. Bütün oyunlarda vuruşurduq, amma alınmırdı. Amma bu gün xal qazandıq".

Xəbər xətti