Neymar geri dönür

18:09 - 12 Sentyabr 2019

PSJ-də Neymarın qeyri-müəyyən durumu başa çatıb.

 

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Paris klubunun bu həftə Fransa I Liqasında "Strasburq"a qarşı keçirəcəyi matçda meydana çıxacaq.

 

Braziliyalı futbolçunun yayda "Barselona"ya qayıdışı baş tutmamışdı. Danışıqlar prosesi getdiyi üçün PSJ onu oyunlara buraxmırdı.

Xəbər xətti