"Zirə"nin hücumçusu 10-cu qolunu vurdu

Xulio Sezar Rodriges “Zirə”də 10-cu qolunu vurub. 

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verr ki, paraqvaylı hücumçunun yubiley topu Premyer Liqanın 4-cü turuna təsadüf edib. Cari mövsümdə ilk qolunu “Sumqayıt”la səfər matçında (2:1) vuran forvard bunadək “qartallar”ın heyətində 9 dəfə fərqlənmişdi.

 

Bu ilin əvvəlində transfer olunan Rodriges ötən mövsüm çempionatda 8, kubokda 1 qol vurub. O, özünün 10-cu qolunu meydana çıxdığı 18-ci matçda rəqib qapısından keçirib. Cənubi amerikalının orta məhsuldarlığı 0,55-ə bərəbərdi.

 

Xulio Sezar “Zirə”nin tarixində 10 və daha çox qol vuran 4-cü futbolçudu. Klubun ən yaxşı bombardiri Nelson Bonilla 17, Riçard Qadze 12 dəfə fərqlənib. Rodrigeslə eyni sayda – 10 qol vuran Aslan Hüseynov isə yalnız I divizionda rəqib qapısına yol tapıb.

 

Rodriges “Zirə”də ilk qolunu fevralın 10-da “Səbail”lə səfər matçında vurub.

Tarix: 16 Sentyabr [15:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2019
15  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio