"Qarabağ" - "Sevilya": 2 min bilet qaldı

16:05 - 17 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Sevilya” matçına maraq böyükdür.

 

Sportal.az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan 30 min biletdən 28 mini satılıb.

 

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

 

Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.

 

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).

Xəbər xətti