"Sevilya" Azərbaycanda - "Gecən xeyir, Bakı!" - VİDEO

00:00 - 18 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"ın qonağı "Sevilya" Bakıya gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əndəlüsiyalılar 6 saatlıq uçuşdan sonra Azərbaycana çatıb. Klubun sosial şəbəkə hesabı bununla bağlı video paylaşıb: "Sevilya"nın Azərbaycan torpağında ilk dəqiqələri. Gecən xeyir, Bakı!"

 

Klub prezidenti Xose Kastro, vitse-prezident Qabriel Ramos, baş direktorlar Ramon Monçi və Xose Mariya Krus, onların müavini Xessus Arroyo, müşavirləri Luis Kastro, Andres Blaskes və Xose Mariya Mansano da Bakıya gəlib.

 

Komandanın hücumçusu Nolito zədəli olduğu üçün gətirilməyib. İştirak ərizəsinə daxil edilməyən Lukas Okampos Bakıya gəlsə də, cəzalı durumda olduğu üçün meydana çıxmayacaq.

 

Sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.

 

Xəbər xətti