Famil Xəlilov: "APOEL-i keçmək mümkünsüz deyil"

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsi çərçivəsində ilk oyununu sabah keçirəcək.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Famil Xəlilov Kiprin APOEL klubu ilə səfər matçı öncəsi fikirlərini klubun saytına açıqlayıb:

 

“APOEL müəyyən təcrübəyə malik komandadır. Rəqibi analiz edib, təhlillər aparmışıq. Kipr təmsilçisi bizim qədər hazırlıqlı, mərhələ keçmək üçün istəklidir. Bu rəqibi adlamaq çətin olsa da, mümkünsüz deyil. Mərhələni keçmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

 

Xəlilov komandanın hazırlıq durumunu da dəyərləndirib: “Kiprdəki ilk matça istədiyimiz heyəti gətirə bilmişik. Komandada zədəli futbolçu yoxdur. UEFA Gənclər Liqasına taktiki, texniki cəhətdən yaxşı hazırlaşmışıq. Belə oyunlarda psixoloji hazırlıq ən vacib məqamlardandır. İnanıram ki, komanda bu baxımdan da tam hazırdır. Çünki oyunçular harada olduqlarını, nə istədiklərini yaxşı bilirlər. Futbolçular mərhələ keçmək üçün oyuna yaxşı kökləniblər”.

Tarix: 1 Oktyabr [23:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2019
15  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio