Ramil Şeydayevin komandasında yeni baş məşqçi

Rusiyanın "Dinamo" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi postu Kiril Novikova həvalə edilib. O, bu postda Dmitri Xoxlovu əvəzləyib.

 

38 yaşlı mütəxəssis bu ilin mayından "Dinamo"nun ikinci komandasını çalışdırırdı. Onun rəhbərlik etdiyi kollektiv U-21 liqasında liderdir.

 

Novikov qısa futbolçu karyerasını "Dinamo"da keçirib. Kiril "Dinamo"da ən çox oyun keçirmiş Aleksandr Novikovun oğludur. 64 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisində 1975-1987-ci illərdə 395 oyun keçirib.

 

Novikov U-21 kollektivi ilə əsas komandanı birgə çalışdıracaq.

 

"Dinamo" Premyer Liqada 12 tura 10 xal toplayıb və 16 komanda arasında 15-ci yerdə qərarlaşıb.

 

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir. 22 yaşlı forvard Moskva klubunda qol hesabını açmayıb.

 

Tarix: 8 Oktyabr [11:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio