İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyorisin durumuna aydınlıq gəlib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın 8-ci turunda "Brayton"la səfər görüşündə qolu sınan qapıçı ilin sonuna qədər oynamayacaq.
32 yaşlı fransalı qolkiper matçın 3-cü dəqiqəsində buraxılan qol zamanı yerə yıxılarkən qolu sınmışdı.
Tarix: 8 Oktyabr [11:55]
|
|
Müəllif: Sportal.az
|