"Keşlə" divizion klubu ilə heç-heçə etdi

20:20 - 12 Oktyabr 2019

Milli komandaların oyunları əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə zamanı “Keşlə” yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı kollektiv I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la üz-üzə gəlib.

 

 

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan oyunda qalib müəyyənləşməyib - 1:1. "Keşlə"nin qolunu Lorenso Frutos vurub.

Xəbər xətti