Aleks Fergüssonla bağlı şok iddia – “Yuventus”a oyun satıb?

16:57 - 18 Oktyabr 2019

İtaliyalı futbol agent Cüzeppe Palyara “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Fergüssonla bağlı şok iddia ortaya atıb.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, agent Çempionlar Liqasında "Mançester Yunayted"in “Yuventus”a uduzması üçün danışıqlar apardığını deyib.

 

Lazım olan nəticə üçün Palyara şotlandiyalı şotlandiyalı çalışdırıcıya 30 min funt-sterlinqlik "Rolex" saat bağışlayıb.

 

Agent Fergüsssonun futbolçuların transferindən böyük pul mənimsədiyini və yalnız onunla əlaqəsi olan agentlərlə çalışdığını deyib.

 

77 yaşlı mütəxəssis 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb.

Xəbər xətti