PSJ 4 qolla qalib gəldi - VİDEO

10:45 - 19 Oktyabr 2019

Fransa I Liqasında 10-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, “Nitsa”nın qonağı olan PSJ 4:1 hesablı qələbə qazanıb.

 

Paytaxt klubunun heyətində Anxel Di Mariya dubl edib. Digər qolları Kilian Mbappe və Mauro İkardi vurub.

 

Meydan sahiblərinin iki futbolçusu – Vilan Siprien və Kristof Herele qırmızı vərəqə alıb.

 

Paris təmsilçisi 24 xalla turnir cədvəlinə başçılıq edir. Tomas Tuxelin rəhbərlik etdiyi komandanın ən yaxın izləyicisi 19 xalı olan “Nant”dır.

 

“Nitsa” – PSJ – 1:4
Qollar
: Kpene Qanaqo, 67 – Anxel Di Mariya, 15, 21, Kilian Mbappe, 88, Mauro İkardi, 90+1
Qırmızı vərəqələr: Vilan Siprien, 74, Kristof Herele, 77 (hər ikisi “Nitsa”).

 

Xəbər xətti