Elmar Baxşıyev: “Qarabağ” adı kifayətdir ki, futbolçular maksimum motivasiya olsun”

Azərbaycan Premyer Liqasının VIII turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis nəticəni şərh edib:

 

“Qarabağ” brend klubdur. Oyunun necə çətin keçəcəyini bilirdik. Həftəlik hazırlıq proqramı üzrə komandamızı matça kökləməyə çalışır, hansı taktika ilə oynayacağımız üzərində işləyirdik. Düşünürəm ki, öz oyun üslubumuzu tətbiq edə bildik. Layiqli heç-heçə etdik. Biz məşqçilər hər gün komanda ilə ünsiyyətdəyik və bəzi komponentlərdə artırdığını görürük. Komanda oyuna hazır idi. Fasilə dövründə yoxlama oyunu da keçirdik. Planlaşdırdığımızı “Zirə” ilə həmin görüşdə də gördük. Bunun davamını da “Qarabağ”la matçda gətirdik. Komanda heç nəyi dəyişməsək də, futbolçular nəticə qazanmağa inanmağa başlayıb. Onlar bir-birinə inanırlar. Bizim üzərimizə komandanı oyunlara optimal formada gətirmək düşür. Bu uğurun sahibi isə futbolçulardır. “Qarabağ” adı kifayət edir ki, futbolçular maksimum motivasiya, güc və istəklə çıxsınlar, özlərini sübut etməyə çalışsınlar”.

Tarix: 19 Oktyabr [20:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio