"Qarabağ"ın 100-cü heç-heçəsi

Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatları tarixində 100-cü səfər heç-heçəsinə imza atıb.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yubiley bərabərliyi Premyer Liqanın VIII turunun “Qəbələ” ilə görüşündə qeydə alınıb – 1:1.


Mövsümdə ilk dəfə 1 xalla kifayətlənən Ağdam klubu 1992-ci ildən iştirak etdiyi yarışdakı 387-ci səfər qarşılaşmasında 100-cü dəfə sülhlə barışıb. “Qarabağ” çempionatın tarixində rəqib meydanında ən çox heç-heçə edən komandadır. Yeddiqat Azərbaycan çempionunun səfərdəki ilk bərabərliyi 1992-ci il mayın 25-də “Avey”lə görüşdə qeydə alınıb.


“Qəbələ”nin vurduğu top isə “Qarabağ”ın səfərdə buraxdığı 350-ci qol olub. Bu topa Qismət Alıyev imza atıb.

 

Tarix: 21 Oktyabr [11:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio