İtaliyada daha bir irqçilik

İtaliya A Seriyasında növbəti irqçi olay yaşanıb.

 

Sportal.az xəbər verir ki, "Roma"nın azarkeşləri səfərdə keçirdikləri oyunda "Sampdoriya"nın futbolçusu Ronaldo Vieyraya qarşı irqçi şüarlar səsləndirib. İki minə yaxın azarkeş oyunun hər ikisində futbolçunu təhqir edib. 

 

"Roma" "Twitter" hesabında yaşanan hadisəyə görə üzr istəyib:

 

"Ronaldo Vieyradan irqçiliyə məruz qaldığı üçün üzr istəyirik. Klubumuz irqçiliyə heç vaxt biganə qala bilməz! Buna görə məsuliyyət daşıyan şəxslər araşdırılacaq və stadionlara girişlərinə qadağa tətbiq edilməsi üçün dəstək olacağıq".

 

"Roma" ötən həftələrdə müdafiəçisi Juan Jezusa irqçi şüarlar səsləndirən bir qrup azarkeşin stadiondan ömürlük uzaqlaşdırılması məsələsini qaldırıb.

Tarix: 21 Oktyabr [11:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio